7 Oktyabr 2015 17:34
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərəflər arasında artıq prinsipial razılıq əldə olunub, ancaq anlaşmadakı bəzi kiçik detalların həlli qalıb.

Teleqraf.com xəbər verir ki, "Liverpul" yeni təyinatı həftənin sonu elan edəcək.

Bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Alman mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Tərəflər arasında artıq prinsipial razılıq əldə olunub, ancaq anlaşmadakı bəzi kiçik detalların həlli qalıb.

"Liverpul" rəhbərliyi 2010 və 2012 illərdə Kloppla danışıqlar aparsa da, onu baş məşqçi vəzifəsinə gətirməyə razı sala bilməmişdi.

Bildirilir ki, Kloppun "Liverpul"dakı məşqçi qərargahında "Borussiya"da birgə işlədiyi Jelko Buvaç və Piter Kravits də yer alacaq.

Rüstəm


Müəllif: