11 Noyabr 2015 15:19
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda Portuqaliya millisi və Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldo haqda çəkilən filmin premyerası təşkil olunub.

Teleqraf.com xəbər verir ki, təntənəli mərasimdə Ronaldonun ailəsi, futbolçunun keçmiş məşqçiləri Aleks Ferqyusson, Joze Mourinyo və Karlo Ancelotti iştirak ediblər.

"Marca"nın verdiyi xəbərə görə, nə "Real"ın baş məşqçisi Rafael Benites, nə futbolçular, nə də Madrid klubunun nümayəndələri filminin təqdimatına gəlməyiblər.

La Liqa təmsilçisinin niyə bu cür addım atması ilə bağlı məlumat verilmir.

Rüstəm


Müəllif: