FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.
Teleqraf.com-un məlumatına görə, Ə.Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində “Rapid” (Vyana, Avstriya) – “Dinamo” (Minsk, Belarus) oyununu idarə edəcək.
Baş hakimin köməkçiləri Zeynal Zeynalov, Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov, Orxan Məmmədov, dördüncü hakim isə Mübariz Haşımov olacaq.
Oyunun dekabrın 10-da Vyananın "Ernst Happel" stadionunda keçiriləcək.