"Real" İspaniya Kral Kubokundan uzaqlaşdırılıb.
Buna səbəb Madrid klubunun turnirin 1/16 final mərhələsində "Kadis"ə qarşı matçda cəzalı futbolçu Denis Çerışevi oynatmasıdı.
Sözügedən qarşılaşmada "Real" 3:1 hesabı ilə qalib gəlmişdi. Qollardan birini məhz Çerışev vurmuşdu.
Ötən mövsüm "Vilyareal"da icarə əsasında oynayan rusiyalı futbolçu "Real Sosyedad", "Hetafe" və "Barselona" ilə görüşlərdə sarı vərəqə ilə cəzalandırılmışdı.
Ardıcıl üç matçda sarı vərəqə alan Çerışev İspaniya Kubokunun 1/16 final mərhələsinin "Kadis"lə ilk oyununu buraxmalı idi. Bundan gec xəbər tutan məşqçilər korpusu ancaq fasilədə onu xorvatiyalı Mateo Kovaçiçlə əvəzləyib.
Ötən mövsüm "Osasuna" klubu eyni səbəbdən kubokdan kənarlaşdırılıb.
Rüstəm