Millimizin qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Karşıyaka" Türkiyə PTT 1-ci Liqasının 14-cü turu çərçivəsində səfərdə "Balıkəsirspor"la qarşılaşacaq. Bu gün baş tutacaq qarşılaşmaya İzmir təmsilçisi 20 futbolçu ilə yollanıb.
Maraqlıdı ki, əsas heyət üzvünə çevrilən Ağayevin adı 20 nəfərlik siyahıda yoxdu. O, ümumiyyətlə səfərə aparılmayıb. İş burasındadı ki, Ağayev Türkiyə Kubokunun 3-cü mərhələsi çərçivəsində "Tekirdağspor"la oynanılan qarşılaşmada da start heyətində deyildi. Təcrübəli əlcək sahibi həmin matçda ehtiyat oyunçular skamyasında əyləşmişdi.
Qeyd edək ki, hazırda "Karşıyaka"da maddi problemlər var. Bu səbəbdən də Ağayevin komandadan ayrılması istisna deyil./Sport7.az