Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Real” doğma meydanda “Malmö”nü 8 cavabsız qolla məğlub etdi.
Teleqraf.com xəbər verir ki, Madrid klubu bu qələbə sayəsində “Liverpul”un rekordunu təkrarlayıb. Mersisayd təmsilçisi analoji hesabla 6 noyabr 2007-ci ildə “Beşiktaş”ı darmadağın edərək qitənin ən nüfuzlu klub turnirindən yeni rekord müəyyənləşdirmişdi.
Maraqlısı isə odu ki, həmin vaxt “Liverpul”un məhz “Real”ın hazırki baş məşqçisi Rafael Benites çalışdırırdı.
Teleqraf.com videoları təqdim edir: