Bir çox adam Formula 1-də tətbiq edilən texnologiyalarla bolidlərin əvvəlki dövrlərə nisbətən daha asan idarə olunması fikrindədi. Amma hazırda ən təcrübəli pilotlardan olan, uzun illər “Ferrari” bolidini idarə edən və son iki mövsümdü “Vilyams” komandasının üzvü olan braziliyalı Felipe Massa bu fikri təkzib edir.
Massa xarici mətbuata bu barədə belə danışıb:
“Mən bu fikrə gülürəm. İndiki bolidləri idarə etmək heç də asan deyil. Əvvəllər yarış əsnasında benzin bərpası qaydası var idi və bolidlər daha yüngül idi. Sonra qayda dəyişdirildi və yarışa dolu çən ilə başlayırıq, finişə qədər gedirik. Bu, idarəetməni asanlaşdırmayıb, sadəcə bir qədər fərqləndirib.
Daha sürətli bolidlərin olmasını istəyirəm. Düzdü, bu daha çox yerəbasma qüvvəsi (downforce) və daha çox fiziki güc tələb edə bilər, amma yenə də idarəetmədə çox şeyin dəyişəcəyini düşünmürəm”.