Ötən gün Belarusun paytaxtı Minskdə sürətli şahmat və blits üzrə Avropa çempionatı start götürüb.
Teleqraf.com-un "Report"a istinadən yaydığı xəbərə görə, ilk yarış günündə 700-ə yaxın qrossmeyster şahmatın ən sürətli növü olan blits üzrə qitə birincisini müəyyən etməyə çalışıblar.
Sonda turnirdə qələbəni 22 mümkün xaldan 18-ni toplayan Azərbaycan şahmatçısı Rauf Məmmədov bayram edib. Yarışda ikinci və üçüncü yerləri Rusiya təmsilçiləri Boris Savçenko və Aleksandr Ryazantsev tutub.
Sabah turnir rapid üzrə yarışlarla davam edəcək. Sürətli şahmat üzrə Avropa çempionu bazar günü müəyyənləşəcək.