22 Dekabr 2015 14:13
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə “Offroad” yürüşü keçirilib.

Federasiyadan Teleqraf.com-a bildiriblər ki, 25 “Offroad” avtomobilinin iştirakı ilə iki gün ərzində keçirilən yürüş Qəbələ-Oğuz-Şəki-Zaqatala marşrutu üzrə təşkil edilib.

Yürüşün keçirilməsindən məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, həmçinin regionlarda avtomobil həvəskarlarının bu idman növünə cəlb olunmasıdır.

Yürüş zamanı gənclər və idman naziri Azad Rəhimov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov federasiya üzvləri və müxtəlif yarışlarda qələbələr əldə etmiş “Offroad” komandası ilə görüşüblər.

Qeyd edək ki, Avtomobil Federasiyasının dəstəyi ilə Azərbaycan komandası müxtəlif “Offroad” yarışlarında, o cümlədən bu il Türkiyədə keçirilən “Offroad” yarışlarında iştirak edib. “Offroad” klubu bu il dünyanın müxtəlif ölkələrinə səyahət edən avtomobilçilərdən ibarət “Dünya bizimdir” adlı beynəlxalq ekspedisiyada da təmsil olunub.


Müəllif:

Oxşar xəbərlər