26 Dekabr 2015 19:27
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qış fasiləsinə 4-cü pillədə yollanan "Qəbələ" sürpriz transferə hazırlaşır. Yox, söhbət hər hansı ulduz oyunçudan getmir.

Vaqif Cavadov, Vüqar Nadirovu göndərən "qırmızı-qaralar", onlarla eyni səviyyədə olan "Kəpəz"in forvardı Rəşad Eyyubovun xidmətindən maraqlıdı. Artıq tərəflər arasında razılıq əldə olunub. Yaxın günlərdə münasibətlərin rəsmiləşdirilməsi gözlənilir. Odur ki, Eyyubovun gəncəlilərlə olan 1 illik müqaviləsinə qarşılıqlı şəkildə xitam veriləcək.

Qeyd edək ki, 23 yaşlı hücumçu "Kəpəz"ə cari ilin sentyabrında keçmişdi. /Sport7.az


Müəllif: