6 İyun 2014 21:58
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada start götürəcək futbol üzrə Dünya Çempionatının başlamasına 6 gün qalır.

ANS PRESS-in məlumatına görə, artıq Braziliyada keçiriləcək dünya çempionatında iştirak edəcək komandalar öz şüarlarını seçiblər. Komandalar sloqanlarla azarkeşlərinə səsləniblər. Həmin şüarları sizə təqdim edirik:

Brazilya: “Hazırlaşın 6-cı çempionluq gəlir”
Xorvatiya: “Ürəkdə alovla, hamı bir nəfər kimi Xorvatiya naminə!”
Meksika: “Hər zaman birgə, hər zaman asteklər!”
Kamerun: “Aslan aslan olaraq qalır”

İspaniya: “Ürəklərimizdə çempionluq ehtirası var”
Hollandiya: “Əsl kişilər narıncı geyir”
Çili: “Çi, Çi, Çi! Li, Li, Li! İrəli Çili”
Avstraliya: “Sokkeruz: “tarixə hoppanarkən!”

Kolumbiya: “Bura tək komanda yox, bütün ölkə gəlib”
Yunanıstan: “Qəhrəmanlar yunanlar kimi oynayır”
Kot d’İvuar: “Fillər Brazilyaya köklənib”
Yaponiya: “Samuraylar, döyüş vaxtı çatıb!”

Uruqvay: “3 milyon istək, irəli Uruqvay!”
Kosta Rika: “Ehtirasım futbol, gücüm xalqım, fəxrim Kosta Rika”
İngiltərə: “Bu komandanın arzusu milyonların ürək döyüntüsüdür”
İtaliya: “Dünya kuboku arzusunu göy rəngə boyayaq”

İsveçrə: “Son dayanacaq: 13.07.2014 “Marakana””
Ekvador: “Yeganə sədaqət, yeganə ehtiras, bir ürək. Hər şey sənin üçündür, Ekvador!”
Fransa: “Qeyri-mümkün, bu fransızlara xas olmayan sözdür”
Honduras: “Biz bir ölkə, bir millət, ürəkdə 5 ulduzuq”

Argentina: “Biz sadəcə komanda deyilik, biz nəhəngik”
Bosniya-Hersoqovina: “Ürəkdə əjdahalar, meydanda əjdahalar”
İran: “Eşq olsun İrana”
Nigeriya: “Biz yalnız birlikdə qalib gələcəyik”

Almaniya: “Bir ölkə, bir komanda, bir arzu”
Portuqaliya: “Keçmiş tarixdir, gələcəkdə yalnız qələbə”
Qana: “Qara ulduzlar: Brazilyanı işıqlandırmağa gəlmişik”
ABŞ: “Ehtirasla irəliləyən vahid komanda”

Belçika: “Qeyri-mümkün olanı gözləyin”
Əlcəzair: “Səhra döyüşçüləri, haydı Braziliyaya”
Rusiya: “Bizə çata bilməzlər”
Koreya: “Qırmızılar, həzz alın”.


Müəllif: