19 Yanvar 2016 15:26
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalatasaray"ın sabiq prezidenti Adnon Polad ciddi təhlükə ilə üz-üzə gəlib.

Teleqraf.com xəbər verir ki, iş adamının təyyarəsi Atatürk hava limanına enən zaman eniş zolağından çıxıb.

Eniş zolağı sürüşkən olduğu üçün, nəticədə "Cessna Cititation 550" markalı təyyarə qarla örtülü torpaq sahəsinə sürüşüb. Xoşbəxtlikdən hadisə zamanı təyyarədə olanlardan heç kim xəsarət almayıb.

Daha sonra isə təyyarənin yenidən eniş zolağına çıxarılmasında dair işlər aparılıb. Məsələ ilə bağlı açıqlama verən Adnan Polad durumunun yaxşı olduğunu qeyd edib.(Sport7.az)


Müəllif: