5 Fevral 2016 14:35
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın "İnter" klubu bu mövsümün sonu baş məşqçi dəyişikliyi edə bilər.

Qol.Az-ın İspaniyanın "AS" qəzetinə istinadən yaydığı xəbərə görə, Milan təmsilçisi bu mövsüm A seriyasının qalibi olmasa, o zaman baş məşqçi Roberto Mançini istefaya göndəriləcək.

R.Mançinin əvəzində isə "İnter" "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin komandaya gətirmək istəyir.

Qeyd edək ki, Simeone 1997-1999-cu illərdə futbolçu kimi "İnter"də çıxış edib və 74 oyuna 13 qol vurub.

Onun “Atletiko” ilə müqaviləsi 2020-ci ildə başa çatır.


Müəllif: