FIFA bir müddət öncə qolların qeydə alınması üçün “qol xətti texnologiyası”ndan Braziliyada keçiriləcək dünya çempionatında istifadə ediləcəyini açıqlamışdı.
Teleqraf.com xəbər verir ki, artıq ali futbol qurumu bu texnalogiyanı media üçün nümayiş etdirib. Texnalogiyanın nümayişi əfsanəvi “Marakana” stadionunda gerçəkləşib.
Xatırladaq ki, 2002-ci ildə Yaponiyada təşkil olunan klublararası dünya çempionatında birdən-birə 2 - “GoalRef” və “Qartal gözü” texnologiyaları sınaqdan uğurla keçmişdi.
Aygün İlqarqızı