"Valensiya" klubu mövsümün sonunda baş məşqçisi Hari Nevillə yollarını ayıracaq.
Qol.Az-ın "Sky Sports"a istinadə verdiyi məlumata görə, buna komandanın İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Barselona"ya 0:7 hesabı ilə uduzması səbəb olub. Nevilin gəlişindən sonra komandanın qeyri-sabit çıxış etməsi rəhbərliklə yanaşı, azarkeşləri də narazı salıb.
Artıq "Valensiya" rəhbərliyi yeni mövsüm üçün məşqçi axtarışlarına başlayıb. Komandanın klubun sabiq baş məşqçisi Rafael Beniteslə danışıqlara başladığı bildirilir.
Qeyd edək ki, Benites 2001-2004-cü illərdə "Valensiya"nı çalışdırıb.