"Barselona"nın futbolçuları Lionel Messi və Arda Turan oyunçulara verilən istirahət günündə də məşq edib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hər iki oyunçu dünən klubun bazasında fərdi qaydada məşq edib.
Qeyd edək ki, Messi və Ardanın La Liqada "Selta"ya qarşı matçda iştirak edəcəyi gözlənilir.