20 Fevral 2016 19:57
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ” Futbol Akademiyasının komandaları Qətərdə keçirilən beynəlxalq turnirdə çıxış edəcək.

Teleqraf.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" fevralın 21-dən 25-dək davam edəcək “Aspire Tri Series Cup”da qüvvəsini sınayacaq.

Turnirdə 3 klub üç müxtəlif yaş qrupunda mübarizə aparacaq. “Qəbələ” yerli “Aspire” Akademiyasının və Fransanın “Mets” klubu ilə mübarizə aparacaq. Klubların U-12, U-11 və U-10 komandaları üz-üzə gələcək. Fevralın 22-də Qətər və Fransa təmsilçiləri qarşılaşacaq. Ertəsi gün “Qəbələ” “Mets”lə münasibətlərini aydınlaşdıracaq.

U-12, U-11 və U-10 komandalarının hər üçü yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da) başlayacaq. Fevralın 24-də isə Qəbələ təmsilçisi meydan sahibləri ilə görüşəcək. Bu oyunlar da eyni saatda start götürəcək. Akademiya rəhbərliyi Halim Fıçıcı və Nail Kərimovun başçılıq etdiyi nümayəndə heyətində komandaların baş məşqçiləri Zaur Hacıyev (U-12), Namiq Əliyev (U-11), Anar Surxayev (U-10) turnirdə 16 futbolçuya güvənəcək. U-12 səfərə Emil Umarov, Rəşad Səfərəliyev, Emil Süleymanov, Qədir Süleymanov, Səid Ağazadə, Nuqay Rəşidov, Səid Abdullayev, Elmir Hüseynli, Elmir Şirinzadə, Fuad Əhmədov, Elmir Qələndərov, Hüseyn Hüseynzadə, Cavad Kərimov, Turqut Mustafazadə, Seymur Muradov, Ömər Qurbanovdan ibarət heyətlə çıxır.


U-11 komandasında İlkin Rəcəbli, Rüfət Bədəlzadə, Rəşid Rəşidli, Elvin Qarayev, Okan Təhməzli, Səbuhi Qurbanov, Murad Musayev, Eşqin Əhmədov, Məmməd Muradov, Rəvan Abdullayev, Zəfər Bayramov, Samir Ağayev, Sami Abdullayev, İzahar İzaharov, Aqşin Məmmədov, Fərid Abdullazadə yer alıblar. U-10 isə turnirdə Əhməd Məmmədov, Elnur Mustafayev, Sənan Məsimov, Əli Tahirov, İlkin Budaqov, Bəxtiyar Piriyev, Nurlan Ağababayev, Mahir Mehdiyev, Rəsul Fəxlulov, Samir Musayev, Ceyhun Bağırzadə, İslam Əbdüləzizov, Asim Əlicanov, Turan Babayev, Murad Abdullayev, Ziya Şəkərxanovdan ibarət heyətlə mübarizə aparacaq.

Qeyd edək ki, yarışın əsasnaməsinə uyğun olaraq, U-12 və U-11 komandaları hər biri 30, U-10 isə hər biri 25 dəqiqə olan iki hissədən ibarət matçlar keçirəcək. U-12 meydana 9, U-11 8, U-10 isə 7 oyunçudan ibarət heyətlə çıxacaq.


Müəllif:

Oxşar xəbərlər