24 Fevral 2016 23:52
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya "Bayer" klubunun baş məşqçisi Roger Şmidt 5 oyunluq cəzalanıb.Buna hakimin qərarına tabe olmaması səbəb olub.

Bundesliqanın 22-ci turu çərçivəsində keçirilən "Bayer" - "Borussiya" qarşılaşmasında matçın baş hakimi Feliks Zvayer Şmidti texniki zonadan tribunaya göndərsə də, o, buna əməl etməmişdi. Nəticədə Zvayer soyunub-geyinmə otağına yollanmışdı. Hakimlər Şmidtin tribunaya getməsindən sonra geri qayıtmışdı.

Ona verilən 5 oyunluq cəzanın ikisi ertələnib. Növbəti dəfə çalışdırıcı qaydalara tabe olması cəza qüvvəyə minəcək.


Müəllif: