17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyunu keçirilib.
Qol.az-ın məlumaın görə, millimiz Ukraynanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.
Bakı Olimpya Stadionunda keçirilən görüşün taleyini bir qol həll edib. Denis Yanakovun matçın 22-ci dəqiqəsində vurduğu qol Ukrayna millisinə minimal hesablı qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, millimiz iki gün əvvəl yoxlama oyununda Ukraynaya 0:2 hesabı ilə uduzub.
3 mart
Yoxlama oyunu
16:00. Azərbaycan (U-17) – Ukrayna (U-17) - 0:1
Qol: Denis Yanakov, 22 (0:1)
Hakimlər: Əliyar Ağayev, Mübariz Haşımov, Zeynal Zeynalov və Elvin Əsgərov
Bakı Olimpiya Stadionu