11 Mart 2016 22:52
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Lokomotiv"in braziliyalı qapıçısı Marinato Qilyerme Rusiya millisinə dəvət alıb.

Yığmanın baş məşqçisi Leonid Slutski ilk dəfə Qilyermeyə dəvət göndərib.

2007-ci ildən "Lokomotiv"də çıxış edən 30 yaşlı milliləşdirilmiş qolkiper yığmaya çağırılması ilə bağlı bunları deyib: "Əlbəttə, bu böyük məsuliyyətdir. Komandaya faydalı olmaq üçün bütün gücümü qoyacam. Artıq uzun müddətdir ki, özümü rusiyalı hiss edirəm və bu ölkənin yığmasında oynamaq istəyirdim. İndi bundan zövq alıram".

Qeyd edək ki, Qilyermenin bu ay Litva və Fransa ilə keçiriləcək yoldaşlıq görüşlərində debüt etmək şansı var.


Müəllif:

Oxşar xəbərlər