"Mançester Yunayted"in hücumçusu Ueyn Runi yaşıl meydanlara daha tez qayıdacaq.
31 yaşlı futbolçu aprelin əvvəllərindən məşqlərə başlaya biləcək.
Fevralın 13-də zədələnən ingilis futbolçunun iki ay yaşıl meydanlardan kənarda qalacağı söylənilirdi. Hətta onun "Avro-2016"nın final mərhələsində iştirakı da sual altında idi. Lakin zədəsini gözləniləndən də tez sağaldan Runi Fransada keçiriləcək Avropa çempionatında İngiltərə millisinə kömək edə biləcək.
Qeyd edək ki, "Avro-2016"nın B qrupunda yer alan İngiltərə millisi Rusiya, Uels və Slovakiya yığmaları ilə qarşılaşacaq.(qol.az)