15 Aprel 2016 21:16
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qələbə? Bu sözü bir neçə oyundan sonra eşitmək çox xoşdur".

Teleqraf.com-un Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.

Topaz Premyer Liqanın XXX turunda "Rəvan"la evdə keçirilmiş oyunda qazanılan qələbəni şərh edən mütəxəssis bunları bildirib: "Bu gün mübarizə apardıq, sonda da qalib gəldik. Qolun neçənci dəqiqədə vurulmasının əhəmiyyəti yoxdur. Əsas odur ki, qol vurduq və qələbə qazandıq. Zenyovun azarkeşlərlə mübahisə etməsi, azarkeşlərin onun meydandan çıxmasını tələb etməsini eşitməmişəm. Eşitsəm futbolçumu əvəzləməzdim. Çünki Zenyovun yanındayam. Azarkeş həmişə komandanın yanında olmalıdır. Həm yaxşı, həm də pis günündə komandasına öz dəstəyini əsirgəməməlidir. Düşünürəm ki, Zenyov daha yaxşı səviyyədə oynamalıdır. Bu gün isə onun oyunu məni qane etmədiyinə görə əvəzlədim".

Ukraynalı çalışdırıcı meydandan qovulmasına da münasibət bildirib: "Mənim özümə də qaranlıq qaldı. Sonra izah etdilər ki, texniki zona qaydaların pozduğum üçün tərk oranı etməliyəm. Hakimlik haqda çox danışmaq istəmirəm. Son vaxtlar bir neçə dəfə danışmışam, amma bu dəfə dəfə danışmayacam".


Müəllif:

Oxşar xəbərlər