“Real”ın hücumçusu Kriştiano Ronaldo hesab edir ki, Zinəddin Zidan növbəti mövsümdə də komandanın baş məşqçisi vəzifəsində qalmalıdır.
Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, portuqaliyalı futbolçu bildirib ki, o, Zidanla fəxr edir:
“Komandamızın bütün üzvləri onun rəhbərliyi altında oynamaqdan məmnundur. Mən Zidanla bir zamanlar futbolçu kimi necə fəxr edirdimsə, bu gün də məşqçi kimi fəxr edirəm. Əminəm ki, o, “Real”da qalıb işini davam etdirməlidir. Çünki Zidan işinin öhdəsindən layiqincə gəlib”.