17 İyun 2016 13:15
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli daha iki elektrik qatarı Bakı sərnişin stansiyasına gətirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Teleqraf.com-a bildirilib ki, artıq ölkəmizdə beş ikimərtəbəli elektrik qatarı fəaliyyət göstərir.

“Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarının birincisi 2015-ci il mayın 30-da, ikincisi - mayın 31-də, üçüncüsü isə avqustun 20-də Bakı sərnişin stansiyasına gətirilmişdi.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

İlhamə


Müəllif:

Oxşar xəbərlər