20 Sentyabr 2016 10:41
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son 10 ildə 3 minə yaxın neftçi ailəsi mənzillə təmin olunub”.

Teleqraf.com xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc etdirdiyi məqaləsində yazıb.

Məqalədə bildirilir ki, 2010-cu ildə neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılan “Neftçi” Mənzil Tikinti Kooperativi uğurla çalışıb, onun fəaliyyəti dövründə 1826 neftçi ailəsi mənzillə təmin edilib: “Hazırda SOCAR üzrə 3392 nəfər mənzil uçotundadır ki, onların 2950 nəfəri Bakıda, qalanı isə respublikamızın müxtəlif rayonlarında yaşayır. Bir neçə gün əvvəl, ənənəmizə sadiq qalaraq neftçilərin peşə bayramı münasibəti ilə Xətai rayonu M.Hadi küçəsində inşa olunmuş 9 mərtəbəli yeni bir yaşayış binasını da istifadəyə verdik. Daha 144 neftçi ailəsini mənzillə təmin etdik.

Qeyd edim ki, SOCAR-da çalışan gənc mütəxəssislərdən, o cümlədən Təqaüd Proqramının məzunlarından 12 nəfəri də bu binada mənzil alıb”.

SOCAR prezidenti qeyd edib ki, hazırda Lökbatan qəsəbəsində 452 mənzildən ibarət 7 yaşayış binasının inşası davam etdirilir: “Qaraçuxur qəsəbəsində 96 mənzilli 1, “Azərikimya” İB-nin əməkçiləri üçün Sumqayıt şəhərində ümumilikdə 272 mənzilli 5 yeni yaşayış binasının tikintisi planlaşdırılır. Qarşıdakı illərdə Bibiheybət qəsəbəsində 820 mənzilli 13 çoxmərtəbəli binadan ibarət yaşayış kompleksi də inşa olunacaq.

Artıq kompleksin layihələndirmə işləri başa çatdırılıb. Bakının Buzovna qəsəbəsində 22 hektarlıq ərazidə SOCAR üzrə mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilməsi nəzərdə tutulur. SOCAR üzrə rayonlarda mənzil uçotunda olanların yaşayış sahələri ilə təmin olunması məqsədilə də mütəmadi tədbirlər görülür”.

İlhamə ƏBÜLFƏT


Müəllif: