Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, satışa Dövlət Neft Fondu (DNF) 100 milyon dollar, AMB isə 50 milyon dolları olmaqla, ümumilikdə 150 milyon dollar məbləğində vəsait çıxarılıb.
Hərracda 20 bank iştirak edib və onların tələbi 70.2 milyon dollar təşkil edib. DNF-in açıqlamasına görə, həmin məbləği banklara Fond satıb. AMB-nin hərraca çıxardığı 50 milyon dollar tələbat olmadığından satılmayıb.