12 Oktyabr 2016 12:18
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın energetika naziri Natiq Əliyev Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nümayəndələrinin bu gün İstanbulda keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək.

Teleqrraf.com-un xəbərinə görə, bu barədə “Report” məlumat yayıb.

Oktyabrın 9-13-də Türkiyədə keçirilən XXIII Dünya Energetika Konqresinə qatılan nazir artıq Azərbaycana qayıdıb.

“Bloomberg”in yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid bin Əbdüləziz əl Fəlih də üzv ölkələrin arasında razılığın əldə edilməməsi səbəbindən vətənə qayıdıb.

Azərbaycan Energetika Nazirliyinin mətbuat xidməti Natiq Əliyevin qaydışını Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sonradan təxirə salınan səfəri ilə əlaqələndirib: “Nazir Natiq Əliyev Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının həmsədri olduğu üçün Qazaxıstan prezidentinin qarşılanma mərasimində iştirak etməli idi.

Digər tərəfdən bu görüş məlumat xarakterli olduğundan və Azərbaycanın mövqeyinin ölkə başçısı səviyyəsində çatdırıldığı üçün nazirin İstanbulda qalıb görüşdə iştirak etməsi məqbul hesab edilməyib”.

OPEC-in nazirlər toplantısı XXIII Dünya Enerji Konqresi çərçivəsində baş tutmalıdır.


Müəllif:

Oxşar xəbərlər