“Tezliklə Balakən-2, Oğuz-1, Oğuz-2, Oğuz-3 su elektrik stansiyalarının açlışı olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib.
Etibar Pirverdiyevin sözlərinə görə, qurum başqa təşkilatlara olan borclarını qaytarmaq üçün öz borcunu yığmalıdır: "Bizim SOCAR-a borcumuz var. Bizim quruma borclar qaytatılsa, biz də SOCAR- a borcu ödəyərik.
Borcları başqa valyutalarda götürdüyümüz üçün devalvasiyadan sonra ödəmələr arasında böyük fərq yarandı. Ona görə biz Maliyyə Nazirliyinə müraciət etdik ki, məsələni hamsısa formada həll edək. İndi müzakirləlr gedir".
İlhamə ƏBÜLFƏT