Noyabrın 15-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,6954 məzənnəsi ilə başlayıb və 1,7024 məzənnəsi ilə yekunlaşıb.
Adətən, ikitərəfli valyuta hərracında dolların satış qiyməti növbəti gün üçün məzənnə səviyyəsini müəyyənləşdirir.