25 Noyabr 2016 13:43
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Önəmli fundamental məlumatların açıqlanmaması fonunda dünya valyutalarının məzənnələrində son 2 gündür güclü hərəkətlilik müşahidə edilmir.

Teleqraf.com-un məlumatına görə, avro/dollar qiyməti çərşənbə günü 1.05-1.06 dollar aralığında, funt/dollar qiyməti isə 1.24 dollar ətrafında dalğalanmaqdadır.

Lakin ümumən maliyyə bazarlarında əsas diqqət mərkəzində OPEC-in noyabr ayının 30-da baş tutacaq rəsmi toplantısı və FED-in dekabr ayının 14-də açıqlayacaq faiz qərarıdır. Amerika iqtisadiyyatında zəif inflyasiyanın artıq 2 faizə yaxınlaşması, işsizlik səviyyəsinin azalması FED-in dekabr ayında faiz artımı gözləntilərini gücləndirir. Oktyabr ayında neft qiymətlərinin son 1 ilin maksimum səviyyəsinə kimi bahalaşması Amerikada inflyasiyaya müsbət təsir edən əsas amil idi.

Artıq son 2 həftədir enerji birjalarında neft qiymətləri yenidən dəyər qazanmağa başlayıb. Eyni zamanda, Donald Trampın da Amerika prezidenti seçilməsi ilə ölkədə tətbiq edilə biləcək yeni maliyyə siyasəti fonunda gözləntilər güclənir.

AVRO

FED-in faiz artımı gözləntilərinin yüksəlməsi ilə paralel bahalaşan dolların dünya birjalarında qiyməti EUR/USD məzənnəsinə də təzyiq edir. Artıq 1.0517 dollara kimi ucuzlaşan məzənnə 1.045 dolların altında qalarsa, avro 1.02-1.01 dollara kimi də ucuzlaşa bilər.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, artıq Avropa Mərkəzi Bankı da yumşaq pul-kredit siyasətini dayandırmağı müzakirə etmək istəyir. Bu gözləntilər isə bazarlarda güclənərsə, EUR/USD məzənnəsi 1.04 dollara kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlaya bilər.

Ancaq bu haqda danışmaq hələ tezdir.

TÜRKİYƏ LİRƏSİ (TL)

Dolların dünya birjalarında güclənməsi USD/TL məzənnəsinin də bahalaşmasına səbəb olur. Eyni zamanda, Türkiyə ilə Avropa Birliyi arasında siyasi gərginliklərin artması Türkiyənin iqtisadi vəziyyətinə də mənfi təsir edir.

Artıq 3.47 TL-ə çatan dollar 3.50TL-ə kimi də bahalaşa bilər.

QIZIL

Əlvan metallar birjalarında da qızılın qiyməti dolların güclənməsi fonunda təzyiq altındadır. 1172 dollara kimi ucuzlaşan qiymət əlavə olaraq 1155 dolara kimi dəyər itirə bilər.

NEFT

Enerji birjalarında OPEC-in noyabr ayının 30-da Vyana şəhərində baş tutacaq növbəti toplantısı fonunda neft qiymətləri artıq 15 faiz bahalaşıb. Neftin 49 dollar ətrafında qiyməti 50-51 dollara kimi yüksələ bilər (İnvest.az).


Müəllif:

Oxşar xəbərlər