"Azərbaycan Tvinninq layihələri üzrə regionda liderdir və bu layihələri uğurla icra edir”.
Teleqraf.com xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, islahatların davam etdirilməsinə Avropa İttifaqından dəstək olacaq: “Dövlətin çevik, şəffaf orqanizmə çevrilməsi üçün belə layihələr vacibdir. İqtisadiyyat Nazirliyi olaraq insan kapitalının inkişafına dəstək verən belə layihələri dəstəkləyirik. Ümumiyyətlə, Azərbaycana xarici invesitiyaların 45 faizdən çoxu Avropa İttifaqından gəlir. Qeyri-neft sektorun da isə bu pay 35 faizdir. Ölkəmizin xarici ticarət dövrüyyəsində də Avropa İttifaqı ölkələri liderliyini qoruyub və bu göstərici 35 faiz olub".
Sevinc Həsənova qeyd edib ki, ixrac məhsullarımızın bazarı Avropa İttifaqı ölkələrdir:" İqtisadi əməkdaşlıq digər sahələrdə potensialın inkişaf etdirilməsi istiqamətində əməkdaşlıqda da özünü biruzə verir. 1992-ci ildən bəri yardım layihələri çərçivəsində Avropadan Azərbaycana 600 milyon avroya qədər yardım göstərilib".
İlhamə