15 Fevral 2017 12:25
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cil qeydiyyata alınan məhsullar sırasında uşaq qidaları, ət, konserv, süd və qənnadı məhsulları üstünlük təşkil edib.

Teleqraf.com xəbər verir ki, bunu Respublika Sanitariya-Karantin Müfəttişliyinin Sanitar Gigiyena şöbəsinin müdiri Saleh Novruzi deyib.

Onun sözlərinə görə, ötən il Nazirlər Kabinetinin 17.06.2016-cı il tarixli 231 saylı qərarı ilə təsdiq edilmiş “Sanitariya nəzarətində olan məhsulların siyahısı”na uyğun olaraq hüquqi və fiziki şəxslərin müraciətləri əsasında ərzaq və qeyri-ərzaq məhsullarından götürülmüş nümunələr laborator müayinələrə cəlb edildikdən sonra dövlət gigiyena qeydiyyatına alınıb:

"Qeydiyyata alınan məhsullardan 10 min 998 ərzaq, 4484 qeyri-ərzaq məhsulları təşkil edib. Ölkəyə idxal olunan məhsullar əsasən Türkiyə, Rusiya,, İtaliya, Fransa, Ukrayna, Almaniya, Avropanın bir çox ölkələrindən gətirilir.

Bu gün ət məhsullar ən çox Rusiya, Ukrayna, Braziliya, ABŞ, Kanada, ətirlər Çexiya, Fransa, Polşa və Türkiyədən idxal olunur”.

Saleh Novruzi qeyd edib ki, dövlət gigiyena qeydiyyatına alınan məhsullar Dövlət Gömrük Komitəsi ilə Respublika Sanitariya-Karantin Müfəttişliyi arasında elektron formada qarşılıqlı informasiya mübadiləsi aparılması üçün yaradılmış Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) yerləşdirilir.

Bununla da gömrük-sərhəd keçidlərində və gömrük rəsmiləşdirilməsi aparılan terminallarda dövlət gigiyena qeydiyyatına alınmış məhsullar barədə tam məlumat olur.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər