“ABŞ dövlət katibi Reks Tillerson “Cənub Qaz Dəhlizi” layihəsinə tam dəstək ifadə edir”.
Bunu dövlət katibinin xüsusi elçisi vəzifəsini icra edən Meri Uorlik Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan konfransında çıxışı zamanı bildirib.
Diplomat qeyd edib ki, ABŞ bundan sonra da adıçəkilən layihəyə dəstək verməkdə qətiyyətlidir. “Bu layihə və onun komponenti olan TAP layihəsi Avropanın enerji mənbələrinin diversifikasiyasına xidmət edir”.
ABŞ Dövlət Departamentinin başqa bir xüsusi elçisi Amos Hokstayn isə bildirib ki, rəsmi Vaşinqton “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla reallaşacağına inanır: “ABŞ “Cənub Qaz Dəhlizi”layihəsi vasitəsilə qaz almayacaq, lakin əvvəldən onun reallaşmasını dəstəkləyən ölkələrdən biri olub”.
/APA/