Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar ucuzlaşaraq 53,14 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar azalaraq 55,89 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,48 dollar bahalaşaraq 56,83 dollar təşkil edib.