29 Aprel 2017 11:58
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) növbəti dönəm ümumi yığıncağının iclası keçirilir.

Teleqraf.com-un məlumatına görə, tədbirə millət vəkilləri, Türkiyənin Azərbaycandakı səfiri, nazir müavinləri və başqa rəsmi şəxslər də qatılıb.

Konfransı giriş sözü ilə Birliyin İdarə Heyətinin sədri Ali İhsan Genç açıb. O, Azərbaycanda aparılan islahatlardan danışıb və bildirib ki, Azərbaycanda çox böyük dəyişikliklər müşahidə olunur: "2016-cı ilin əvvəlindən aparılan gömrük islahatları iş adamlarına yeni imkanlar açıb. Vergi sahəsində aparılan islahatlar da sahibkarlar üçün əhəmiyyət kəsb edir. Bu gün nağdsız ödənişlərlə bağlı dəyişikliklər biz sahibkarlara bəzi sıxıntılar yaradır. Biz öz təklifimizi Milli Məclisə verəcəyik. Əgər təklifimiz qanunlaşsa, lap yaxşı, qanunlaşmasa, yola davam edəcəyik".


Müəllif:

Oxşar xəbərlər