8 Dekabr 2017 11:31
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günü bu gündən başalayaraq dolların və avronun əhəmiyyəti azalacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə İnnovasiya və Təşəbbüslər Həftəsi adlı tədbirdə çıxışı zamanı bitkoin elektron valyutasının qurucu direktoru Con Matonis deyib.

Onun sözlərinə görə, 2032-ci ildə bitkoinin 99 faizi ixrac olunacaq.

Con Matonis bildirib ki, bu beynəlxalq valyuta hələ 1 milyard insan üçün əlçatan deyil, amma tezliklə böyük rəqəmlər gerçəkləşəcək, çünki ən məşhur şirkətlər onunla alış-veriş etməyə başlayıb.

Con Matonis kağız əsginasların sonunun yaxınlaşdığını bildirib: "Bitkoin pul çapı qaydalarına ehtiyac görmür".

O, 2009-cu ildə qurulmuş bitkoinin hesabına kosmosdan gələn səs siqnallarını araşdıran SETI şirkətinin 2013-cü ildə ən böyük layihə halına gəldiyini vurğulayıb.

Con Matonis bu valyutanın genişlənmə və yayılma prosesinin davam etdiyini bəyan edib.


Müəllif: Mahir

Oxşar xəbərlər