Rusiya Mərkəzi Bankı 2018-ci il üçün neft qiymətləri üzrə proqnozu 44 dollardan 55 dollaradək yüksəldib.
Teleqraf.com-un məlumatına görə, bunu bankın rəhbəri Elvira Nabiullina deyib.
Onun sözlərinə görə, proqnoz verilərkən neft ixracatçısı olan ölkələr arasında əldə olunan razılaşmalar nəzərə alınıb.
Bununla belə o, qeyd edib ki, orta müddətli perspektivdə neft qiymətlərinin 40 dollardan bir qədər yüksək həddə ola biləcəyi istisna olunmur.