Bakı metropoliteninin "Bakmil" stansiyasında təmir işləri aparılsa da stansiyanın fəaliyyəti dayandırılmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.
Onun sözlərinə görə, təmir işləri bir neçə mərhələdə aparılacaq: "Stansiyanın fəaliyyətini dayandırmadan bütün işləri yekunlaşdırmağa çalışacağıq. Metronun əsas vəzifəsi sərnişinlərin təhlükəsiz şəkildə daşınmasına xidmət etməkdir"