30 Avqust 2018 10:11
2 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 30 avqust 2018-ci il tarixində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, səhər saat 07:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb.

Meteoroloji proqnoza əsasən, tozlu hava şəraitinin 2 gün davam edəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər