“Neft hasilatçısı olan ölkələrə sərbəstliyin verilməsi qiymətləri ən aşağı həddə qədər ucuzlaşdıracaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Novak rus şirkətləri üçün neft qiymətlərinin OPEK+ anlaşmasında iştirak edən bir sıra ölkələr qədər vacib olmadığını iddia edib.
Bununla belə o, aşağı qiymətlərin rublun məzənnəsinə təsir edəcəyini bildirib: “Aşağı qiymətlər iqtisadiyyat üçün, büdcə üçün əlavə problemlər yaradır. Qiymətlərin kəskin azalması rublun məzənnəsinə və flyasiyaya təsir edir, iqtisadiyyatda qeyri-müəyyənlik yaradır və planlaşdırma çətinləşir”.
Əlavə edək ki, dünya birjalarında “Brent” markalı neftin qiyməti 5,7 faiz (50,72 dollar) səviyyəsinədək geriləyib. “WTI” markalı xam neftin fevral fyuçerslərinin qiyməti 6,32% azalaraq 42,7 dollar təşkil edib.
Dekabrın 7-də OPEK + ölkələri neft hasilatının gündə 1,2 milyon barelə qədər azaldılmasına razılıq verib. Bu müqavilə 2019-cu ilin iyul ayına qədər qüvvədə qalacaq. Anlaşmaya görə, OPEK ölkələri gündəlik hasilatı 800 min, bu qurumla əməkdaşlıq edən ölkələr isə 400 min barel azaldacaq. Rusiya isə gündəlik hasilatı 228 min barel azaltmaq qərarı verib.
İnvestorlar bu bazarlarda balanslaşdırma planının effektivliyinə şübhə edirlər.
“The Wall Street”in ekspertlərinin fikrincə, 2019-cu ilin birinci yarısında OPEK ölkələrinin 2019-cu ilin ilk yarısında 760 min bareldən daha çox neft istehsal edəcəklərinə inanırlar. Ekspertlərin fikrincə, OPEK + ölkələrinin istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə gündəlik 170 min barel artıb.