25 İyun 2019 09:19
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bunlardan 677 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir.

İyunun 24-nə olan məlumata görə, 595 192,25 hektar ərazidə taxıl biçini aparılıb, 299 218,7 hektar ərazidə arpa, 295 973,6 hektar ərazidə buğda biçini başa çatıb.
Ümumilikdə bu günədək ölkə üzrə 1 890 393,9 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir.

Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, İmişli və Masallı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Füzuli, Cəlilabad, Qax, Biləsuvar rayonlarında arpa biçini başa çatmaq üzrədir. Goranboy ərazisində arpa əkilmiş 13449 hektar sahənin 13284 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahənin 8502 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29,1 s/ha təşkil edir.

Şəki, Hacıqabul, Ağsu, Ağdaş, Ağcabədi rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.


Müəllif: Teleqraf.com