19 Sentyabr 2014 13:37
1 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərin, nağd pulların və nəqliyyat vasitələrinin sığortalanması üzrə xidmətlərin göstərilməsi üçün 3 şirkət seçib.

Trend-in məlumatına görə, bu barədə tender komissiyasının rəsmi mətbuatda dərc edilən xəbərində deyilir.

Tender komissiyasının qərarına əsasən, əsas vəsaitlərin sığortalanması üzrə xidmətlərin göstərilməsini "Azsığorta" ASC, nağd pullar üzrə "Paşa Sığorta" ASC, nəqliyyat vasitələrinin sığortası üzrə isə "Azərbaycan Sənaye Sığorta" ASC həyata keçirəcək.

Şirkətlərlə müvafiq müqavilələr bağlanıb.


Müəllif:

Oxşar xəbərlər