10 İyun 2020 08:23
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Valyuta Fondunun (BVF) icraiyyə şurası ötən gün keçirilən iclasdan sonra Ukraynaya 1,5 il müddətinə 5 milyard dollar məbləğində kreditin verilməsini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "İcraiyyə şurası bu gün "stend-bay" kredit mexanizmi çərçivəsində Ukraynaya 5 milyard dollarlıq kredit verilməsini təsdiqləyib".

Bildirilir ki, iyun ayında Ukrayna BVF-dən 2,1 milyard dollar məbləğində ilk tranşı alacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər