11 Oktyabr 2014 06:02
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın aparıcı banklarından olan “DəmirBank” 25 illik yubileyini qeyd edib. 1989-cu il oktyabrın 6-da təsis olunan bank 25 illik fəaliyyəti boyu əldə edilmiş təcrübə, keyfiyyətli xidməti ilə müştərilərin etimadını qazanıb. “DəmirBank” ötən illər ərzində bir sıra uğur və nailiyyətlərə imza atıb.

Sentyabrın 1-nə olan məlumata görə, bankın aktivləri 425.3 milyon manat, kredit portfeli 321.6 milyon, depozit portfeli isə 187.9 milyon manat təşkil edib. Bankdan Teleqraf.com-a verilən məlumata görə, bankın səhmdarları sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) də yer alıblar. 2004-cü ildə Fitch beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığa başlamaqla, “DəmirBank” ölkədə beynəlxalq reytinq alan ilk bank olub.

“DəmirBank” kreditləşmə və ticarət maliyyələşdirilməsi proqramları üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, İslam Korporasiyası və sair beynəlxalq maliyyə təşkilatları ilə, eləcə də Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə fəal əməkdaşlıq edir.

“DəmirBank” Bakı şəhərində 13, regionlarda 20 filial şəbəkəsi ilə müştərilərə hesablaşma-kassa xidmətləri, əmanətlərin qəbulu, biznes, istehlak və ipoteka kreditlərinin verilməsi və digər xidmətlər göstərir.


Müəllif:

Oxşar xəbərlər