18 Avqust 2020 16:43
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan xaricə qaz satışı 7,7 mlrd kubmetr təşkil edib.

Azərbaycan Energetika Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7% çoxdur.

Hesabat dövründə Türkiyəyə ixrac edilən qazın həcmi 6,3 mlrd kubmetr, Gürcüstana ixrac edilən qazın həcmi 1,4 mlrd kubmetr olub.

Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər