“Son gəmi olan "Qanuni" təmir işlərindən sonra Qara dənizdəki missiyasını yerinə yetirmək üçün yola düşdü”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident xoş xəbərlər gözlədiklərin vurğulayıb: “Fatih Qazma Gəmisi tərəfindən aşkarlanan təbii qaz xəbəri millətimizə sevinc bəxş eləmişdi. Yeni müjdəli xəbərlər gəlir.
Şənbə günü Fatih Qazma Gəmisinə gedərək həm görülən işlərə baxacağıq, həm də yeni ehtiyat miqyasını elan edəcəyik”.