“Heç bir ölkə Türkiyə ilə onun məhsullarına boykot dili ilə danışa bilməz. Danışsa belə, ciddi şəkildə ziyana uğrayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
O bildirib ki, Türkiyə dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrindən biridir:
“Alıcılıq qabiliyyəti prioriteti ilə artıq Türkiyənin iqtisadiyyatı 1 trilyon dollara yaxınlaşır. Türkiyəyə qarşı sanksiyaların heç bir ciddi perspektivini görmürəm. Qısamüddətli hansısa təsirləri ola bilər. Amma orta və uzunmüddətli dönəmdə boykotun ciddi təsirlərindən söhbət gedə bilməz.
Azərbaycan müşətəri və investorlarına səslənirəm, bu məqamlarda türk mallarını mümkün qədər daha çox alaq və Türkiyəyə daha çox investisiya yatıraq”.