27 Noyabr 2020 15:26
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uolt Disney əyləncə parkı ümumilikdə 32 min nəfəri işdən çıxaracağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, şirkət bunu koronavirus epidemiyası səbəbindən müştərilərinin sayının azalması ilə izah edib.

Şirkət sentyabr ayında 28 min işçisini ixtisara salacağını bildirmişdi.

Uolt Disney qiymətli kağızlar və birja komissiyası ilə birgə hazırladığı sənəddə ixtisarların 2021-ci ilin birinci yarısına planlaşdırdığını açıqlayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər