Türkiyə Mərkəzi Bankı (TMB) ilə Azərbaycan Mərkəzi Bankı (AMB) arasında anlaşma memorandumu imzalanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankı açıqlama yayıb.
Dekabrın 14-də mərkəzi bankçılıq məsələlərində əməkdaşlığın inkişafına zəmin yaratmaq üçün anlaşma memorandumu imzalanıb: “Bu saziş çərçivəsində iki ölkənin mərkəzi bankları arasında mərkəzi bankçılıq mövzusunda əməkdaşlığı inkişaf etdirmək üçün araşdırmaların aparılması planlaşdırılır”.