19 Yanvar 2021 22:22
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir. Belə vəziyyət, demək olar ki, bütün neft-qaz ölkələrində müşahidə olunan bir mənzərədir. Bu, heç də mənfi hal hesab edilmir. Çünki məhz neft-qaz sektorunun inkişafı hesabına son 17 il ərzində Azərbaycanda böyük infrastruktur layihələri reallaşdırılıb, məcburi köçkünlərin mənzil-məişət problemləri əsasən aradan qaldırılıb, Silahlı Qüvvələrimiz gücləndirilib, böyük sosial layihələr icra edilib.

Lakin Prezident İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, təbii ki, bizim neft yataqlarımız nə vaxtsa tükənəcək: “Düzdür, biz yaxın müddətdə həm yeni neft, həm də qaz yataqlarının istismarına başlayacağıq, çalışacağıq ki, hasilat səviyyəsi sabit olaraq qalsın. Ancaq bizim əsas gəlir mənbəyimiz olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül də qaçılmazdır.
Biz bu boşluğu məhz qeyri-neft sektoru hesabına təmin etməliyik. Tədiyə balansını müsbət səviyyədə saxlamaq üçün əlbəttə ki, bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyə balansımızın müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma biz çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır…”.
Prezident İlham Əliyevin yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlini qoyması, eyni zamanda, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışında iştirak etməsi bu sahəyə xüsusi diqqət gıstərməsinin bariz ifadəsidir.
Bütün bu tədbirlər ölkəmizdə qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğundan, bunun ölkəmizin iqtisadi qurumları qarşısında mühüm bir vəzifə kimi qoyulduğundan xəbər verir. Elə buna görə də son illərdə iqtisadiyyatda dayanıqlı inkişafa nail olmaq üçün ciddi islahatlar reallaşdırılır, iqtisadi inkişaf qeyri-neft sektoru hesabına davam etdirilir. Respublikada sənaye parkları və məhəllələrinin yaradılması da bu siyasətin məntiqi nəticəsidir.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov söhbətinə davam edərək bildirib ki, Azərbaycanın ilk, Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli fərmanı ilə yaradılıb. Ötən müddətdə burada qeydiyyata alınan 24 rezidentdən 15-i istehsal fəaliyyətinə başlayıb.

Son 9 il ərzində ənaye Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika nəzərə çarpıb. Ötən il parkda 1,1 milyard manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 37 faiz çoxdur. İxrac isə 2019-cu illə (276 milyon manat) müqayisədə 18 faiz artaraq 2020-ci ildə 336 milyon manat təşkil edib.

Bu müsbət göstəricilər isə ölkəmizdə qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğundan, bunun ölkəmizin iqtisadi qurumları qarşısında mühüm bir vəzifə kimi qoyulduğundan xəbər verir. Elə buna görə də son illərdə iqtisadiyyatda dayanıqlı inkişafa nail olmaq üçün ciddi sənayeləşmə islahatları reallaşdırılır, iqtisadi inkişaf qeyri-neft sektoru hesabına davam etdirilir. Respublikada sənaye parkları və məhəllələrinin yaradılması da bu siyasətin məntiqi nəticəsidir.
E.Bağırov daha sonra deyib: “Bu gün respublikada fəaliyyət göstərən sənaye parklarında yeni istehsal sahələrinin yaradılması, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü istehsalın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, sənaye sahəsində məşğulluğun artırılması, daha çox investisiyanın cəlb olunması istiqamətində sistemli və ardıcıl işlər aparılır.

Hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi mühüm önəm daşıyır. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır”.

E.Bağırov söhbətiin sonunda respublikamızda sənaye parkının rezidentləri üçün əlverişli investisiya mühiti yaradıldığını, onların qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunduqlarını vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər